10 yaşlı Nil şəhid atası ilə sonuncu dəfə vidalaşdı: Gözyaşları sel oldu

Balıkesirdə F-16 döyüş təyyarəsinin qəzasında şəhid olan pilot Binbaşı İbrahim Bolat üçün dəfn mərasimi keçirilib. Şəhidin 10 yaşlı qızı Nil, atası üçün gözyaşları töküb.

Sherg.az xəbər verir ki, dəfn törəni Balıkesir 9-cu Ana Jet Üs Komandanlığında başlayıb, şə­hidin türk bayrağına sarılı cənazəsi silahdaşlarının çiynində təyyarəyə gətirilib. Sonra cənazə Karşıyaka Hacı Mustafa Beşikçioğlu Məscidinə aparılıb və İbrahim Bolat Kadifekale Şəhidliyində dəfn edilib.

Mərasimdə Hərbi Hava Qüvvələri Komandanı, Balıkesir Valisi, hərbi və yerli rəsmi şəxslər, şəhidin ailəsi və yaxınları iştirak edib. Təyyarənin qəzası zamanı şəhid pilotun həyatı ilə bağlı diqqətli və qəhrəmanlıq dolu anlar yadda qalıb.