14 yaşlı qızcığaza “TOY TUTDULAR”: “Bu cinayətdir”
Yusif Sultanoğlu
14:40 08.02.2021
Gündəm
868
Qələm tutan körpə əllərə xına yaxıb “gəlin” adını verənlər var
“Əminəm ki, Gürcüstanın hüquq - mühafizə orqanları məsələ ilə bağlı tədbir görəcək”
“Amma biz də müdaxilə etməliyik. Orda azərbaycanlılar icması var, QHT-lər fəaliyyət göstərir, problemlərlə maraqlanırlar”
Mirzə Cəlilin “Ölülər” tragikomediyasında azyaşlı qızların, cocuqların Şeyx Nəsrullahla kəbinini kəsirlər. O məşhur əsəri oxuyanda belə hadisələrin indi baş vermədiyini, ötən əsrlərdə qaldığını düşünürük. Yanılırıq! İndi də var qələm tutan körpə əllərə xına yaxıb “gəlin” adını verənlər. Baxmayın ki, 21-ci əsrdəyik, yenə də görürük, duyuruq az yaşlı qızını nişanlayıb, evləndirənləri.
Eynilə Gürcüstanın Poniçala( Soğanlıq) adlanan ərazisində azyaşlı qızlarını nişanlayan ailə kimi. Həmin nişan mərasiminin videosu sosial şəbəkələrdə yayılıb. Görüntülərdə ailəsinin, qohumlarının 10-11 yaşlarındakı qızı “adət-ənənələrə” uyğun nişanladıqları ortadadır. Üstəlik bəyin də yaşı azdır.
Kənd camaatının “Unikal.org”a açıqlamasında qeyd olunub ki, qızın 14, oğlanın 19 yaşı var. Eyni zamanda oğlan qızın öz qohumudur. Bildirilib ki, uşaqların 3 il sonra toy mərasimləri baş tutacaq. Kəndin gəncləri isə erkən nişan hadisəsini qınayıblar. Onlar deyiblər ki, erkən evlənmə adət-ənənə deyil, stereotipdir.
Qeyd edək ki, məlum məsələ ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra internet səhifələrində Gürcüstanın Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan məlumatlar əsasında Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.
Bu barədə Ombudsman Aparatında məlumat verilib. Həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib.
Məlum olayla bağlı “Sherg.az”a danışan “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, problemin kökündə müdafiə mexanizmi dayanır:
“Deyirlər, nişanlayırıq ki, kiminsə əlinə keçməsin, kimlərsə nə isə etməsin. Ya da sadəcə nişanlayırıq, az yaşında evləndirməyəcəyik. Halbuki bir-iki il keçməmiş evləndirəcəklər. Əslində isə bu uşağa qarşı cinayətdir. Əminəm ki, Gürcüstanın hüquq - mühafizə orqanları məsələ ilə bağlı tədbir görəcək. Amma biz də müdaxilə etməliyik. Orda azərbaycanlılar icması var, QHT-lər fəaliyyət göstərir. Onlar da Azərbaycanlıların problemləri ilə maraqlanırlar. Yəqin ki qadın komitəsinə də müraicət edilər və ailə ilə də danışarlar. İstənilən halda baş vermiş hadisə cinayətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur