Türkiyənin Burdur vilayətinin Karaçal kəndində yaşayan gənc fermer Əminə Kaya 15 yaşında atasının iş qəzasından sonra traktora minib, ailəsinin təsərrüfat yükünü üzərinə götürüb. Bu gün o, həm təhsil alır, həm də ailəsinin əkinçilik və heyvandarlıq işlərini davam etdirir.
Sherg.az xəbər verir ki, Əminə bir müddət Mehmet Akif Ersoy Universitetində Biotibbi ixtisasında oxusa da, şəhər həyatının ona uyğun olmadığını anlayaraq Anadolu Universiteti Açıq Təhsil Fakültəsinin Kənd Təsərrüfatı Texnologiyaları bölməsinə keçib. O, həm oxuyur, həm də istehsal prosesində fəal iştirak edir.
“Yaşıdlarım oyuncaqla oynayanda mən oyuncaq ferma heyvanları ilə oynayırdım” deyən Emine bildirir ki, kənd həyatı onun üçün seçim yox, həyat tərzidir. Səhər tezdən inəklərin sağımı ilə günə başlayır, gün boyu tarlada işləyir, axşam yenidən tövləyə qayıdır.
“Qadın başına bu işlər olmaz”, “Gəncliyini kənddə xərcləyirsən” deyənlər çox olub. Lakin o, bu sözlərin onu daha da gücləndirdiyini deyir. Emine hesab edir ki, kənd təsərrüfatında qadın–kişi fərqi yoxdur: “Əsas olan inam və qətiyyətdir.”
Gənc fermer kəndlərdə gənclərin azalmasından narahatdır. Onun fikrincə, ənənəvi biliklə müasir texnologiyanın birləşdiyi, qadınların daha fəal olduğu davamlı kənd təsərrüfatı modeli gələcəyin əsas yoludur.
“Torpaq və heyvanlarla iç-içə olmaq məni mən edən şeydir. Yenə seçim etməli olsam, eyni yolu seçərdim,” – deyə Əminə vurğulayır.