20 Yanvar faciəsinin 35-ci ildönümü Londonda anılıb
Yusif Nəzərli
20:57 19.01.2025
Gündəm
401
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Britaniyada yaşayan Azərbaycan diasporunun üzvləri, Britaniyada təhsil alan azərbaycanlı tələbələr, Londondakı diplomatik korpusun üzvləri, media nümayəndələri və digər şəxslər qatılıb. Əvvəlcə qonaqlar hadisələri əks etdirən ingilis dilində qısa filmə baxıblar. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək 20 Yanvar hadisələri barədə danışıb. Həmin dövrdə Moskvada təhsil aldığını və hadisələrdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan nümayəndəliyindəki çıxışının canlı şahidi olduğunu deyən diplomat bildirib ki, həmin vaxt Azərbaycan hələ öz müstəqilliyini bərpa etməsə də, məhz həmin çıxış zamanı Ümummilli Liderin yeni doğulmaqda olan müstəqil Azərbaycanın lideri olduğu artıq görünürdü. Diplomat əlavə edib ki, 20 Yanvar gecəsi şəhid olanların Azərbaycanda yaşayan bütün xalqlar və dinlərin nümayəndələri olmaları etnik və mədəni müxtəlifliyin hər zaman ölkəmizin ən ümdə xüsusiyyətlərindən biri olduğunun bariz göstəricisidir.
Səfir müasir, güclü və multikultural Azərbaycanın şəhidlərin əziz xatirəsinə ən dəyərli hörmət olduğunu vurğulayıb, hər bir azərbaycanlının bundan sonra da ölkəmizin azadlığı və suverenliyinin keşiyində durmalı olmasının önəminə toxunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində bu gün Azərbaycanın inamla irəlilədiyini deyən səfir xüsusən üzünü tədbirdə iştirak edən gənc tələbələrə tutaraq Azərbaycanın gələcəyinin onlara əmanət olduğunu deyib.
Gürcü əsilli tədqiqatçı Tamara Draqadze 20 Yanvar hadisələri zamanı Azərbaycanda olduğunu və hadisələrin gedişatını yaxından izlədiyini qeyd edib. O bildirib ki, 20 Yanvar hadisələri zamanı məqsədli şəkildə azərbaycanlı mülki şəxslər hədəfə alınmışdı və burada məqsəd azadlıq əzmini qırmaq idi. O, müasir Azərbaycanın uğurla inkişafına şahid olmaqdan məmnun olduğunu əlavə edib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fariz İsmayılzadə 20 Yanvarın müasir Azərbaycanın tarixində həqiqətən də dönüş nöqtəsi olduğunu qeyd edib. O, bu gün Azərbaycanın müstəqil dövlət kimi inkişafından, regional liderə çevrilməsindən, müstəqilliyə gedən yolda verdiyimiz qurbanların heç vaxt unudulmamasının əhəmiyyətindən danışıb.
Daha sonra Londonda fəaliyyət göstərən musiqiçi həmyerlilərimiz Rasim Fərziyev və Səadət Fərziyeva şəhidlərimizin xatirəsinə piano və kamançada həzin musiqi nömrələri səsləndirib.
Qeyd edək ki, tədbir günü Azərbaycanın Britaniyadakı səfirliyində ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə yaradılmış guşədə qərənfillər düzülüb, hadisələrin 35-ci ildönümü münasibətilə 35 ədəd şam yandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı