Peskov Fransanı “dost olmayan ölkə” adlandırdı

“Sanksiyalara və Rusiya əleyhinə digər hərəkətlərinə görə Fransa hazırda Rusiyaya dost ölkə deyil”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə arasındakı münasibətlərlə bağlı sualı cavablandırarkən deyib.

“Fransa Parisin ölkəmizə qarşı fəaliyyətlərinə görə dost olmayan dövlətdir”, - deyə Kreml sözçüsü bəyan edib.

Mənbə: TASS