"Bəlkə 44 günün tamamında Laçın yolunda da vacib nöqtəni qoyaq?"  - Fazil Mustafa 

"44 günə savaşı qazandıq. Ekologiyamızın sağlamlığı üçün fəaliyyət göstərən QHT-lərimiz  gecə gündüz Laçın-Xankəndi yolunda qar demədən, sazaq demədən fədakarlıq göstərirlər".
Sherg.az xəbər verir ki, bu haqda millət vəkili Fazil Mustafa özünün feysbuk hesabında qeyd edib. Onun sözlərinə görə, artıq 41 gündür ki, Vətən növbəsindədirlər:
"Bəlkə burada da 44 günün tamamında yola dövlətimizin nəzarət postlarını tam şəkildə yerləşdirib müqəddəs işimizə ikinci vacib nöqtəni qoyaq? 44 rəqəmini hər dəfə təkrar olaraq gündəmə gətirdikcə erməni separatçılarını bir daha pəşdmürdə edə bilərik. Xankəndində 44 nəfər erməni qalacaq işin sonunda. Necə olsa, 44 nəfərdən ibarət  erməni folklor ansanblını mozaikamızı zənginləşdirmək üçün arada nümayiş etdirmək lazım gələcək. Dəmkeşləri də İran mollaları olar. Bacıların birlikdə təqdimatına baxmağa deyəsən çox az qalıb".

Turan