Daha üç avtomobilin aksiya ərazisindən keçidi təmin edilib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 42-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Bu dəqiqələrdə sülhməramlılara məxsus üç minik avtomobilin Xankəndi istiqamətinə doğru sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.