Tehranda baş verən qanlı terror: İran bununla “qırmızı xətti”i keçdi

"Tehrandakı səfirliyə silahlı hücum terror hadisəsi olmaqla yanaşı, həm də İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir". 

"Sherg.az"ın xəbərinə görə, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması anlamına gəlir: 

"Son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı təhdidi gücləndirməyə çalışır. Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək gücündədir. Bütün bunlar ilə yanaşı, bir müddət öncə İrəvanla qardaşlaşan Tehran şəhərində son hadisə “qırmızı xətti”in keçildiyini bir daha təsdiq edir. Allahdan dünyasını dəyişən həmyerlimizə rəhmət, yaralanan səfirlik əməkdaşlarına şəfa diləyirik".