Rusiya XİN Ermənistan və Azərbaycana çağırış edib

Rusiya Federasiyası Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşviş içərisindədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Mariya Zaxarova tərəfləri diplomatik nizamlanmaya çağırıb.

O qeyd edib ki, Rusiya sülhməramlı kontingenti Qarabağdakı vəziyyəti nəzərə alaraq üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir: “Rusiya o mövqedən çıxış edir ki, Qarabağdakı Rusiya sülhməramlılarının təhlükəsizliyi bütün tərəflər tərəfindən təmin olunacaq”.