Ermənistan hökumətinin başçısının Rusiya liderinə məktub göndərməsindən sonra Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmaslar olmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Putin özü Vladivostokda bu barədə danışıb: həqiqətən də baş verənlərlə bağlı erməni tərəfinin nöqteyi-nəzərini əks etdirən müfəssəl məktub var idi. O vaxtdan bəri başqa təmaslar olmayıb. Digər təmaslar barədə razılıq əldə olunur. Bu barədə sizə məlumat verəcəyik”, - deyə Kreml sözçüsü qeyd edib.