Bələdiyyələrin maliyyə mənbələri artırılmalıdır - RƏY

Yaxşı olar ki, dünyadakı vergiyığma təcrübəsi Azərbaycanda da tətbiq olunsun

  "Azərbaycanda gələn il bələdiyyələr üçün 12,5 milyon manat dotasiya nəzərdə tutulsa da, bu məbləğ onların maliyyə təminatı ilə bağlı məsələlərin tam həlli demək deyil". Bunu deputat Azay Quliyev Milli Məclisin plenar iclasında bildirib. Deputat deyib ki, bu məsələyə fərqli rakursdan yanaşmaq lazımdır: "Yaxşı olar ki, bələdiyyələr üçün dünyadakı vergiyığma təcrübəsi tətbiq olunsun, onlar müxtəlif mənbələr hesabına vergi toplaya bilsinlər. Xüsusilə təklif edərdim ki, fiziki şəxslərin ödəyə biləcəyi avtomobil vergisi, bələdiyyələrin mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamından əldə olunan gəlirlər və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi bələdiyyələrə verilsin. Belə maliyyə mənbələri formalaşsa, bələdiyyələrin də fəaliyyəti doğru istiqamətdə qurula bilər".