Şərqi Zəngəzura yatırımların həcmi 4 mlrd. manatı ötüb

Şərqi Zəngəzur iqtisadi rayonuna yatırımların həcmi 4 milyard manatı ötüb.

"Sherg.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən il iqtisadi rayona 4 milyard 11,13 milyon manat investisiya yatırılıb. Bu isə 2022-ci ilə nisbətən 80,7 % çoxdur. Belə ki, 2022-ci ildə bu rəqəm 2 milyard 219,4 milyon manat təşkil edib.


Şərqi Zəngəzur iqtisadi rayonunda ən çox yatırım Laçın rayonuna aiddir - 1 milyard 550,7 milyon manat. İnvestisiyaların həcminə görə 919,8 milyon manatla Kəlbəcər rayonu siyahıda ikincidir. İnvestisiyaların 671,9 milyon manatı Cəbrayıl rayonunun, 587,8 milyon manatı Zəngilan rayonunun və 280,96 milyon manatı isə Qubadlı rayonunun payına düşüb.