MSK sədri: Seçkilərlə əlaqədar bütün tədbirlər şəffaf həyata keçirilib

Sabah Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

“Sherg.az”ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, biz artıq “finish”ə çatmışıq: “Bütün tədbirlər aşkar, şəffaf şəkildə həyata keçirilib. Beynəlxalq qurumların müşahidə missiyaları artıq bir aydır Azərbaycandadır. ATƏT / DTİHB-in nümayəndələri avqust ayından bölgələrdə müşahidələrə başlayıblar”.