Paşinyandan Lavrova cavab

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regional kommunikasiyaların açılmasının məhz Ermənistan tərəfindən sabotaj edildiyi barədə fikirlərinə münasibət bildirib.

Axar.az xəbər verir ki, o, üçtərəfli bəyanata fraqmental nöqteyi-nəzərdən deyil, bütövlükdə yanaşılmalı olduğunu bildirib.

“Rusiyalı tərəfdaşlarımızın üçtərəfli bəyanata aidiyyəti olmayan və onun ruhuna zidd olan şərhləri səbəbindən regional kommunikasiyalar hələ də açılmayıb. Ermənistan bu məsələni sabotaj etmir, əksinə, kommunikasiyaların açılmasında maraqlıdır. Bu layihə isə “Sülh kəsişməsi” adlanır”, - Paşinyan deyib.