"Formula-1" İtaliya Qran-prisinin təsnifat yarışı keçirilib

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" üzrə dünya çempionatının 16-cı mərhələsi - İtaliya Qran-prisinin seçmə mərhələsinin qalibi olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarış Monza dairəsində keçirilib.

İkinci yeri Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri tutub. Üçüncü yerdə "Mercedes"dən britaniyalı Corc Rassel qərarlaşıb.

Xatırladaq ki, əsas yarışı sentyabrın 1-də baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.