Ermənistan KM təsdiqlədi: Sərhədlərin delimitasiyası...

Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla dövlət sərhədinin delimitasiyası ilə bağlı imzalanmış müddəaların əsas qanuna uyğun olmasına dair qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Qərar Konstitusiya Məhkəməsinin rəsmi saytında çıxdığı gündən qüvvəyə minir.