Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.
Bu barədə “Report”un Ankara bürosuna Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşəcək. Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq sazişinin imzalanacağı nəzərdə tutulur.
Bununla yanaşı, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüş keçiriləcək.
Mehmet Nuri Ersoy, həmçinin COP29 çərçivəsində keçiriləcək iclaslarda iştirak edəcək.