COP29 çərçivəsində karbonlaşma mövzusunda panel keçirilib
Yusif Nəzərli
22:51 14.11.2024
Gündəm
282
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyə pavilyonunda “Polad sənayesinin gələcəyi: karbonlaşma, dairəvi iqtisadiyyat və ortaya çıxan problemlər” adlı panel keçirilib.
AZƏRTAC xəbər verir ki, panel İstanbul Mədən və Metal İxracatçı Birliklərinin (İMMİB) təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Türkiyə İxracatçılar Məclisi baş katibinin müavini Kübra Ulutaş bildirib ki, təşkilat 150 mindən çox əmtəə və xidmət ixracatçılarını bir araya gətirir. “Avropa İttifaqı bizim ən böyük ticarət tərəfdaşlarımızdandır. Biz yaşıl çevrilmə prosesi edirik. Digər halda bazarlarımızı itirə bilərik. Bir çox sektor - dəmir-polad, alüminium, elektrik, gübrə, kimya, əsasən bu çevrilmə prosesini istiqamətləndirir. Biz bu sektorlarda transformasiya etməyə diqqət yetiririk. Sıfır tullantı səfərbərliyi barədə proqramlarımız da mövcuddur. Yeni maliyyələşdirilən layihələrimiz var. Həmçinin dövrilik və davamlı təchizat zəncirinin idarə edilməsi, digər qurumlarla uğurlu əməkdaşlığımız var”, - deyə o, əlavə edib.
Birləşmiş Millətlər Universitetinin böyük elmi işçisi Sanae Okamoto qeyd edib ki, universitet BMT-nin analitik, tədqiqat və təlim mərkəzidir. Universitetin dünya üzrə 13 kampusu olduğunu vurğulayan S.Okamoto deyib: “Hazırda çaışdığım kampus Hollandiyada yerləşir. Biz həm bilik bazasını, həm də yol xəritəsini yaratmağa çalışırıq. Yerli startaplar və kənd innovasiya ekosistemi üçün bəzi praktik alətlər istifadə edirik. Prosesin sürətləndirilməsində diqqət etməli olduğumuz beş əsas sahə var. Birincisi, fiziki kapitaldır. Yaşıl keçidə nail olanda sürətlənən kənd innovasiya ekosistemini dəstəkləmək üçün məkanın və icmanın olması çox vacibdir. İnkubasiya sistemlərinin mövcudluğu, düzgün işləyən avadanlıq və infrastrukturun, logistikanın, həmçinin regionda dəstəkləyici lokal şəbəkələrin olub-olmadığını yoxlamaq lazımdır”.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə heyətinin üzvü, “Vat enerji” şirkətinin baş direktoru Altuğ Karataş vurğulayıb ki, son 3 ildə rəsmi olaraq COP zirvələrinin hər birində iştirak edib.
“İş dünyasının verdiyi töhfəni cəmiyyətimiz yaradıb. Təbii ki, qalıq yanacaqlardan da istifadə olunur. Lakin transformasiya baş verir. Məqsədimiz istehsal olunan firmaların təmiz, bərpa olunan enerji almasıdır”,- deyə o, əlavə edib.
Digər çıxışçılar mövzu ilə bağlı geniş müzakirə apararaq öz fikirlərini bölüşüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan kürdlərə çağırış etdi
14:28 21.01.2026
Gündəm
Həcc üçün yerlərin 60 fazizi doldu - QMİ vətəndaşlara üz tutdu
13:50 21.01.2026
Cəmiyyət
Bu peyvənd yaşlanmanı ləngidir
13:47 21.01.2026
Sağlamlıq
İranda etiraz aksiyalarında ölənlərin sayı 4 519-a çatdı
13:43 21.01.2026
Dünya
Xankəndi şəhərinə ilk köç karvanı mənzil başına çatdı - FOTO
13:39 21.01.2026
Qarabağ
Prezident İlham Əliyev Davosda israilli həmkarı ilə görüşdü
13:21 21.01.2026
Gündəm
ÖNƏMLİ DİALOQ: Ərdoğan Dövlət Baxçalı ilə görüşəcək
13:10 21.01.2026
Gündəm
Parlamentin komitə iclasında 4 məsələ müzakirə ediləcək
13:04 21.01.2026
Gündəm
Sabah yollar buz bağlayacaq
12:55 21.01.2026
Ekologiya
Donald Tramp İlham Əliyevi Sülh Şurasına qoşulmağa dəvət etdi
12:52 21.01.2026
Gündəm
Şahbanu İranda “Milli Matəm” elan etdi
12:50 21.01.2026
Dünya
Deputat: Bizdə insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər
11:51 21.01.2026
Aktual