“Azərsun Holdinq” Yaşıl Zonada tədbir keçirəcək
13:20 17.11.2024
Gündəm
395
COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı “Azərsun Holdinq” qlobal iqlim və dayanıqlı inkişaf məsələlərinə dair çoxsaylı təqdimatlar və seminarlar təşkil edir. Şirkət, son bir neçə gündür ki, Yaşıl zona pavilyonunda süni intellekt, təkrar emal və sağlam həyatla bağlı bir sıra mühüm mövzular ətrafında müzakirələr təşkil edir. Tədbirlərdə media nümayəndələri, müxtəlif şirkət əməkdaşları və digər tərəfdaşlar iştirak edirlər.
Növbəti tədbir 18 noyabr saat 10:00-11:00 arası Yaşıl Zona Kainat zalında “Gələcək Dayanıqlılığının Təminatçıları: İqlim Fəaliyyəti Üçün İqlim Çempionlarının Yetişdirilməsi” adlı panel müzakirəsi keçiriləcək. Tədbirin çıxışçılarından biri də “Azərsun Holdinq”in Yağ və Sous katerqoriyasının baş direktoru Zöhrə Xəlilzaddır. Panel müzakirəsində iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf və bu sahədə fəaliyyət göstərən gənc liderlərin rolunun artırılması mövzuları müzakirə olunacaq.
Azərsun Holdinq, 1991-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən və dayanıqlı inkişafı təmin etmək üçün müxtəlif strateji layihələr həyata keçirən önəmli bir şirkət olaraq, COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı kimi ölkəmizdəki qlobal iqlim tədbirlərində fəal iştirak edir. Şirkət, uzun illərdir ki, ətraf mühitin qorunması və sosial məsuliyyət mövzularında yüksək standartları təmin edərək, müxtəlif sektorlarda innovativ yanaşmalar tətbiq edir.
Oxşar xəbərlər
Özbəkistan Ermənistana Mərkəzi Asiya-Cənubi Qafqaz dəhlizinin inkişafını təklif edib
13:31 11.09.2026
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
12:34 11.09.2026
Xəbər lenti
Hamısına bax
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region