Şolts Putinə Ukrayna ilə bağlı xüsusi mesaj göndərib

Berlindən Kiyevə hərbi, iqtisadi və siyasi dəstək zəifləməyəcək və Rusiya-Ukrayna münaqişəsi bitənə qədər davam edəcək. 

Sherg.az "Reuters"ə istinadən  xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinə oxşar mesaj göndərib.

“Mənim Kiyevdən Putinə mesajım: biz uzun müddətdir bu münaqişənin içindəyik. Ukraynaya dəstəyimiz zəifləməyəcək. Biz Ukrayna xalqına yaxın olacağıq – nə qədər lazımdırsa”, – alman siyasətçi bildirib.

Şolts dekabrın 2-də səhər saatlarında Kiyevə rəsmi səfərə gəlib. Onun sözlərinə görə, səfər zamanı Almaniyanın Avropada Ukraynanı dəstəkləyən əsas ölkə olaraq qalacağını açıq şəkildə bildirmək istəyir. Almaniya kansleri 650 milyon avro dəyərində yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.