Litvanın Ermənistandakı səfiri Andrius Pulokas, onun müşaviri Arvydas Nayukoyatis və Litva Xarici İşlər Nazirliyinin Şərq Qonşuluq Siyasəti Departamentinin attaşesi Dominika Dautarayte AB-nin müşahidəçilər missiyasının Ermənistandakı mənzil-qərargahında olublar.
Axar.az xəbər verir ki, bu barədə AB-nin Ermənistandakı müşahidə missiyasının X səhifəsində məlumat verilib.
“AB-nin Ermənistandakı müşahidə missiyasının işi və fəaliyyəti qonaqlara təqdim olunub”, - məlumatda qeyd olunub.