Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə danışıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı AŞ yayıb. Bildirilib ki, baş katib telefon danışığı zamanı hazırkı gərgin vəziyyət və davam edən toqquşmalar fonunda AŞ-nin Gürcüstabda artan qütbləşmə və siyasi dalanla bağlı narahatlığını ifadə edib. Tərəfləri əlavə eskalasiyadan qaçmağa çağıran Berse tezliklə Gürcüstana səfər etmək niyyətində olduğunu qeyd edib.
“Avropa Şurası Gürcüstana onu Avropa yolunda müşayiət edəcək mövcud Fəaliyyət Planı çərçivəsində də olmaqla dəstəyini davam etdirməyə hazırdır. Bu kontekstdə baş katib tezliklə Gürcüstana səfər etmək niyyətindədir”, - məlumatda qeyd edilib.