Gürcüstan Prezidenti Salome Zurabişvili polisin müxalifət təşkilatlarının ofisində axtarışları ilə əlaqədar ölkənin xarici tərəfdaşlarına təcili çağırış edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Zurabişvili “X” platformasında paylaşımında hakim partiyanın ölkəni uçuruma apardığını qeyd edib.
“Gürcüstanda repressiya. Mən bizim tərəfdaşlarımıza, böhranın və qeyri-sabitliyin qarşısını almaq istəyənlərə təcili çağırış edirəm, ölkəni uçuruma aparan hakim partiyaya güclü təzyiq göstərməyin vaxtıdır! Gecikməyin...!”, - Zurabişvili qeyd edib.