Türkiyənin Baş Qərargah rəisi NATO generalı ilə  Suriyanı müzakirə edib

Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak,  NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ordu generalı Kristofer Kavoli və İngiltərə Baş Qərargah rəisi, admiral Toni Radakin ilə Suriyadakı hadisələrlə bağlı ayrı-ayrılıqda telefonla danışıb.

Sherg.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin sosial media hesabında yer alan paylaşımda bu barədə məlumat verilib:

"Baş Qərargah rəisi, ordu generalı Metin Gürak dekabrın 8-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı (SACEUR) general Kristofer Kavoli və Böyük Britaniya Baş Qərargah rəisi admiral Toni Radakin ilə ayrıca telefon danışığı aparıb. Suriyada hadisələrin inkişafı diqqət mərkəzində olub".