Ukrayna indi Rusiya ilə müharibədə uduzur, çünki o, hər gün öz ərazilərini itirməkdə davam edir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin general Viktor Mujenkonun Ukraynanın uduzduğunu söyləməyin vaxtı çatmadığı barədə sözlərini şərh edərkən deyib.
"Bilmirəm, indi "DeepState"in xəritəsinə baxıb necə uduzmayacağımızı söyləyə bilərsiniz? Mən bunu deyə bilmərəm. Biz ərazilərimizi itiririk. Biz hər gün mövqelərimizi saxlaya bilmirik, bir sıra qəsəbələri saxlaya bilmirik. Və bu, cəbhənin bir hissəsində deyil, bütün cəbhə xətti boyunca baş verir. Yəni bu, rusların Kupyansk yaxınlığındakı təkcə taktiki uğuru deyil, bu, düşmənimizin bütün cəbhə xətti boyu uğurudur", - Jorin bildirib.