Rusiya “Həyət Təhrir əş-Şam”ın siyasi komitəsi ilə əlaqə qurub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
Qeyd olunur ki, qruplaşma faktiki olaraq Suriyada ölkə prezidenti Bəşər Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gəlib.
Hazırda komitə üzvləri Dəməşqdə otellərin birində işləyirlər. Orada Rusiyanın Suriyadakı səfirliyinin nümayəndələri ilə də görüş keçiriblər.
Boqdanovun sözlərinə görə, görüş zamanı diplomatik nümayəndəliyin və ölkədə olan Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə baxılıb.
Rusiya xarici işlər nazirinin müavini ölkədəki vəziyyətə cavabdeh olan qüvvələrin verdiyi bütün vədlərin yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.