Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
"Sherg.az" NTV-yə istinadən xəbər verir ki, Ərdoğanla Blinken arasında keçirilən görüşdə xarici işlər naziri Hakan Fidan, kommunikasiyalar direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, prezidentin özəl katibi Həsən Doğan və ABŞ nümayəndə heyəti də iştirak edir.