Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının lideri vəzifəsindən istefa verib.
“Sherg.az” Reuters-ə istinadən xəbər verir ki, o, yeni lider seçilənə qədər səlahiyyətlərini icra edəcək.
Trüdo baş nazir postunda qalacaq.
O, ərzağın artan qiymətləri və ölkədəki mənzil böhranı səbəbindən deputatların etirazından sonra Kanadanın hakim partiyasının lideri vəzifəsindən istefa verdiyini bildirib.
***
Kanadanın Baş naziri Castin Trüdo istefa verməyə hazırlaşır.
"Sherg.az" Reuter-ə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən mənbə Trüdonun yekun qərar vermədiyini bildirsə də, belə bir niyyətinin olduğunu bildirir.
Mənbə rəsmi açıqlamanın nə vaxt veriləcəyini bilməsə də, bunun çərşənbə günü baş tutması planlaşdırılan Liberallar partiyasının qanunvericilərinin fövqəladə iclasından əvvəl açıqlanması ehtimalının yüksək olduğunu bildirir.