Rusiya və İran arasında imzalanmış müqavilənin müddəaları məlum olub

Rusiya və İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin müddəaları məlum olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, sənədin birinci maddəsində qeyd olunub ki, müqavilədə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında bənd mövcuddur.

Üçüncü maddədə göstərilir ki, tərəflərdən biri təcavüzə məruz qalsa, digəri təcavüzkara heç bir köməklik göstərməməlidir, mövcud fikirayrılıqlarının BMT nizamnaməsi və digər beynəlxalq hüquq normalarının tətbiqi ilə nizamlanmasına yardım edəcək.