
Trampın qiyməti yüz günündə veriləcək - ŞƏRH
Yusif Nəzərli
02:58 04.03.2025
Gündəm
293
ABŞ-nin NATO-dan çıxması alyans daxilində Böyük Britaniya və Türkiyə tandeminin güclənməsinə gətirib çıxara bilər
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ABŞ-nin NATO-dan çıxması ideyasını dəstəklədiyini qeyd edib. D.Trampın İ.Maskın mövqeyini dəstəkləyəcəyi şübhəsizdir. Əgər ABŞ NATO-dan çıxarsa, bu, alyansın zəifləməsinə və V.Putinin strateji planına xidmət kimi dəyərləndirilə bilər.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin “Sherg.az”a açıqlamasına görə, NATO beynəlxalq münasibətlər müstəvisində bir qurum kimi de-fakto fəaliyyətsizdir:
“Alyansın əsas əsgəri gücü ABŞ və Türkiyəyə məxsusdur. ABŞ-nin bu təşkilatdan çıxması, Alyans daxilində Böyük Britaniya və Türkiyə tandemini güclənməsinə gətirib çıxara bilər.
D.Trampın fəaliyyətinin yüz günündə xalqa hesabatlılığı onun prezident kimi uğurlu bir siyasi planının olmadığı aydın olacaq. Bir müddətdən sonra, verilən qərarların onun prezident kimi reytinqinə mənfi təsir edəcəyi mümkündür. D.Trampın davam etdirdiyi siyasəti onun partiyasının Konqres seçkilərində məğlub olmasına səbəb olacaq.
D.Trampın həm beynəlxalq müstəvidə, həm də daxildə mənfi imici formalaşıb. ABŞ prezidentinə dəstək verən Rusiya Prezidenti V.Putin və İsrailin Baş naziri B.Netanyahudur. Hər iki şəxs də hərbi cinayətlər həyata keçirib. Və beynəlxalq məhkəmə tərəfindən həbs edilməsi üçün order verilib”.
Politoloqun fikrincə, ABŞ administrasiyası beynəlxalq siyasi nizamı demontaj etməklə, öz daxili siyasətində ciddi strateji səhvlər edir. Əgər təkcə beynəlxalq nizamı pozurdusa, hazırda daxildə dövlətin milli təhlükəsizliyini də təhdid edir. ABŞ Kəşfiyyat Mərkəzi, Dövlət Departamenti və Pentaqonda ixtisarlar daxildə D.Trampa qarşı etiraz dalğasını formalaşdıracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Papayla görüşdü
14:44 09.12.2025
Dünya
Putin Lavrova yeni müavin təyin edib
14:30 09.12.2025
Dünya
Lukaşenko TŞ-nin iclasını çağırdı
14:24 09.12.2025
Dünya
Türkiyədən iki şəhər dünya siyahısında yer alıb
14:11 09.12.2025
Maraqlı
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət
Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
13:37 09.12.2025
Rəsmi
Böyük Britaniyanın ticarət elçisi Azərbaycana səfər edəcək
13:30 09.12.2025
Siyasət
Salah: Sanki klub məni avtobusun altına atıb
13:26 09.12.2025
Futbol
Nikol Paşinyan Almaniyada səfərdədir
13:23 09.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:10 09.12.2025
Ekologiya
KTMT-dən MDB ilə bağlı qərar
12:57 09.12.2025
Dünya
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
12:50 09.12.2025
Ekologiya
Suriyada hərbi fəallıq: Türk ordusu hərəkətə keçdi
12:43 09.12.2025
Dünya
Televiziya rəhbərlərinə seminarlar keçirilməlidir -TƏKLİF
12:30 09.12.2025
Media
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
12:18 09.12.2025
Cəmiyyət