KİV: "Ukrayna-ABŞ danışıqları 5 saatdan çoxdur ki, davam edir"

Bu gün Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar davam edir. Ölkələrin nümayəndələri artıq beş saatdan çoxdur ki, müzakirələr aparırlar.

Teleqraf xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

“Ukrayna ABŞ ilə mümkün atəşkəs barədə danışıqlar aparır. Danışıqlar yaxşı keçir, bir çox məsələ müzakirə edilib", - məlumatda deyilir.