
Sum hücumu daha dəhşətli, daha qorxuludur - ŞƏRH
Yusif Nəzərli
07:54 15.04.2025
Gündəm
604
Ukraynaya ballistik zərbələr Trampın "atəşkəs uğuru"nun nəticəsidir
Rusiya Ukraynanın Sum şəhərinə ballistik raketlərlə zərbələr endirib. Zərbələr nəticəsində 34 nəfər ölüb, 117 nəfər yaralanıb. Sum Şəhər Şurasının katibi Artyom Kobzar məlumat yayıb ki, ruslar mülki əhaliyə hücum ediblər. Sum şəhər prokurorluğunun verdiyi məlumata görə, raket zərbələri nəticəsində yaralananlardan 5-i azyaşlıdır. Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib ki, raket zərbələri şəhərin mərkəzi küçələrinə, ictimai nəqliyyat vasitələrinə və binalara endirilib. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, müharibə başladıqdan bu yana Rusiya ordusu məktəblərə 1700 dəfə hücum edib.
Nəticədə 600 nəfər uşaq qətlə yetirilib: “Eyni zamanda 780 xəstəxana və klinika da hücuma məruz qalıb. Bizim xalqımız bu müharibədən çox ciddi zərər çəkib. Biz xeyli miqdarda pul və ən əsası insanlarımızın həyatını itirdik”. O həmçinin, ABŞ tərəfinin bu müharibəyə yanaşmasını da dəyərləndirib: “Çox təəssüf ki, hazırda rəsmi Vaşinqtonun bəyanatlarında rusmeyilli narrativlər üstünlük təşkil edir. Bizim məruz qaldığımız itkiləri və çəkdiyimiz əzabları görə-görə rusların aqressor olmadığına, müharibəni onların başlamadığına inanmaq mümkündürmü? Bütün bunlar Rusiyanın informasiya siyasətinin ABŞ-yə, onun siyasətinə və siyasətçilərinə güclü təsirinin göstəricisidir”. ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, bu hücum bütün ədəb xətlərini keçir: "Rus qoşunlarının Sumda mülki hədəflərə bugünkü hücumu bütün ədəb xətlərini aşır. Onlarla dinc sakin həlak olub və yaralanıb". Kelloq əlavə edib ki, keçmiş hərbi komandir kimi hədəf zərbələrinin nə olduğunu başa düşür: "Buna görə də Prezident Tramp bu müharibəni bitirmək üçün çox çalışır".

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Rusiyanın Suma hücumu Trampın 30 günlük atəşkəs “uğurunun” nəticəsiz olduğunu təsdiq etdi. Ekspertin sözlərinə görə, Rusiya sülhdən qaçan tərəfə çevrilməmək və ABŞ-nin təzyiqindən yayınmaq üçün Trampın "atəşkəs təklifi"nə razı oldu:
"Məlum idi ki, tərəflər – Rusiya və Ukrayna bir-birini “atəşkəsi pozan tərəf” kimi göstərmək üçün qarşılıqlı hücumlara davam edəcəkdi. Razılaşmanın əldə edilməsindən sonra hücumlar səngimədi. Sum hücumu nəticlərinə görə daha dəhşətlisidir. Bu hücumda əsas diqqətçəkən məqam ABŞ-nin reaksiyası oldu. Vaşinqtondan verilən açıqlamalarda - Rubio və Kollequn bəyanatlarında Rusiya qınanılsa da, “Tramp müharibəni məhz buna görə dayandırmağa çalışır” sözləri xüsusi olaraq vurğulanır. Birmənalı qarşılanmayan fikirdir, çünki ABŞ müharibəni Ukrayna ərazilərinin güzəştə gedilməsi hesabına dayandırmaqdan bəhs edir. Bu kontekstdə sual yaranır ki, Vaşinqtonun Sum hücumuna münasibəti Kiyevə “sülhə razılaşmasanız, şəhərləriniz bombalanmağa davam edəcək” mesajıdır? Yaxud Ukraynada şəhərlərin bombalanması, mülki insanların ölümü Kiyevin gündəmdəki sülh planına razı salınması baxımından ABŞ-nin marağındadır? Müharibənin günahkarı Tramp deyil, lakin mülki insanların ölümü Ağ Evdə əyləşənlər üçün təfərrüat kimi görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm