3 ölkə birləşir: Ankara-Riyad-İslamabad yeni hərbi ittifaqı müzakirə edir

ABŞ-nin Bloomberg nəşrinin iddiasına görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında qurulacaq yeni müdafiə ittifaqına qoşulmaq üçün danışıqları sürətləndirib. İttifaq NATO-nun 5-ci maddəsinə bənzər şəkildə “birinə hücum, hamısına hücumdur” prinsipi ilə fəaliyyət göstərəcək.

Sherg.az xəbər verir ki, İttifaq Səudiyyə Ərəbistanının maliyyə gücünü, Pakistanın müdafiə imkanlarını və ballistik raket infrastrukturlarını, Türkiyənin isə güclü ordusu və inkişaf edən müdafiə sənayesini birləşdirəcək. Ekspertlər bu ittifaqın bölgədəki güc balansını dəyişdirə biləcəyini, xüsusilə Tel-Əviv üçün ciddi bir əndişə təsiri yaradacağını bildirirlər.

Qeyd olunur ki, Türkiyə-Pakistan hərbi əməkdaşlığı artıq möhkəm təmələ malikdir: Türkiyə Pakistan Donanması üçün korvet sinfi döyüş gəmilərinin tikintisini, F-16-ların modernizasiyasını və pilotsuz uçuş aparatları layihələrini həyata keçirib.

İsrail mətbuatı isə ittifaqın Tel-Əviv üçün təhlükə olduğunu və ABŞ-nin bölgədəki nüfuzuna təsir edə biləcəyini qeyd edib.