Akif Aşırlı Türk Ocaqlarının 47-ci Böyük Qurultayında çıxış edib

Dünən Ankarada Türk Ocaqlarının tarixi binasında Türk Ocaqlarının 47 - ci Böyük Qurultayı keçirilib. 287 nəfərin qatıldığı tədbirdə təşkilatın mərkəzi qərargahına yeni seçkilər keçrilib, yeni idarə heyyəti formalaşıb. 

Qurultaya dəvətli olan  Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı "sherg.az"-a bildirib ki, açıq səsvermənin nətiçəsinə görə, professor Mehmet Öz yenidən Türk Ocaqları Genəl başqanı seçilib:  




 
"Azərbaycan Türk Ocağının sədri  kimi qurultayın işinə qatılıb, qısa bir çıxış etdim. Türkiyə daxilində fəaliyyət göstərən 97 ocaq şöbəsinin bu il Azərbaycanla bağlı toplantı, simpozium və konfranslarında üç məsələyə diqqət yönəltməyi riça  etdim. Birinçisi, Güney Azərbaycan məsələsi, ikinçisi, Birinçi Bakı Türkoloji qurultayının növbəti il 100 ili və  Rusiya Türkləri içərisində ilk dəfə anadilli mətbuatın 150 ilinin tamamı."