“Zəlzələnin olma ehtimalı 47 faizdir” - Professor üsyan etdi
Yusif Nəzərli
18:03 25.04.2025
Gündəm
506
“Ayağına heç dəniz suyu dəyməmiş, Marmara dənizini tanımayan bir adam danışırsa, mən nə edim”?
23 apreldə İstanbulda baş verən 6.2 bal gücündəki zəlzələdən sonra, alimlərin bir-birinə zidd açıqlamaları müzakirə mövzusudur. Bəziləri zəlzələnin əsas zəlzələ olduğunu, bəziləri isə böyük zəlzələnin xəbərçisi olduğunu deyir.
Sherg.az xəbər verir ki, müzakirələr, uzun müddətdir Marmara dənizində zəlzələ araşdırmaları aparan Professor Naci Görürə yönəldilib.
Kafa TV-də canlı yayına qatılan Görür belə danışıb:
“Ayağına heç dəniz suyu dəyməmiş, Marmara dənizini tanımayan bir adam danışırsa, mən nə edim? Mənim iştirak etdiyim layihələrdə təsiri yüksək olan elmi jurnallarda məqalələr dərc olunub. Elmi dünya parçalanmayıb. “İstanbulda zəlzələ riski bitdi” deyənlər hansı elmi jurnalda dərc olunubsa, qoysunlar qabağımıza.”
Görür qeyd edib ki, yer elmləri üzrə alimlər ehtimallara əsaslanaraq məlumat verir və əksini deyənlər elm dünyasına aid deyil. O həmçinin bildirib ki, beynəlxalq səviyyədə elmlə məşğul olan alimlər Türkiyədə barmaqla sayılacaq qədər azdır.
Professor Dr. Görür bəzi şəxslərin də hiyləgərlik etdiyinə diqqət çəkib. Son dərc olunan məqalədə İstanbulda 30 il ərzində zəlzələ ola biləcəyi ehtimalının yer aldığını qeyd edən Görür deyib:
“Bu proqnozun üst-üstə 15 il fərqi var. Amma adam çıxıb xalqa deyir ki, “45 il sonra zəlzələ olacaq”. Bu məlumatı nə bir araşdırmaya, nə də bir dərcə əsaslandırır.”
“Böyük İstanbul zəlzələsinə dair tarix vermək falçılıqdır” deyən Görür sözlərini belə davam etdirib:
“Biz yalnız ehtimal kimi danışa bilərik. Son araşdırmalardan sonra 1999-dan bu günə zəlzələnin olma ehtimalı 47 faizdir. “Bu işi mən bilirəm” deməməlisən. Elmi dəyərlərə əsaslanaraq danışmaq məcburiyyətindəsən. Sən elmi dünyaya danışırsan, elm bunu gözləyir. Şəxsi niyyətlər yerinə daha dürüst olub xalqı maarifləndirməliyik. Hansı məntiq və düşüncə ilə ‘burada zəlzələ olmaz’ deyirlər?”
İstanbulda böyük zəlzələ üçün yetərli enerji toplanmadığını iddia edənlərə də toxunan Görür, bu fikri deyənin alim ola bilməyəcəyini bildirib. Beynəlxalq jurnallarda yayımlanan son araşdırmadan danışan Görür deyib:
“Dünyanın ən nüfuzlu jurnallarından birində dərc olunmuş məqalə var. Deyir ki, “30 il ərzində ehtimal 47 faizdir”. İndi sən çıxıb bu ola bilməz deyirsənsə, bunun bir mənası varmı? Əgər deyirsənsə ki, “yetərli deyil, 60 ildən sonra olacaq”, bəs hanı sənin məqalən? Otur onu yaz.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Macarıstan Ukraynanın Aİ-yə sürətlə qəbuluna qarşı çıxır
05:45 25.08.2026
Dünya
Madonna və 30 yaşlı sevgilisi
05:00 25.08.2026
Şou
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm