
Netanyahu Bakıya gəlsə, İran tərəfini məmnun etməyəcək - ŞƏRH
Yusif Nəzərli
04:21 29.04.2025
Gündəm
493
Normal qonşuluq siyasəti güdülməli, qızışdırıcı bəyanatlar verməkdən imtina etmək lazımdır
İsrailin Baş naziri Benyamin Netanyahu mayın 8-də Azərbaycana səfər edəcək. Bu barədə “The Times of Israel” məlumat yayıb. Səfər çərçivəsində Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək. Qeyd edək ki, B.Netanyahunun səfəri Bakıda yüksək səviyyəli İsrail-Türkiyə nümayəndə heyətləri arasında keçirilən danışıqlardan və İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonraya təsadüf edir.

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bir neçə ay əvvəlcədən planlaşdırılır və səfər günü müəyyənləşir. Ekspert bildirib ki, dövlət rəhbərlərinin səfər qrafikləri çox zəngin olur:
"Liderlərin çox vacib saydığı ölkəyə səfər etməsi o qədər də asan məsələ deyil. Azərbaycan da müstəqil dövlət kimi bu cür səfər tarixləri ilə bağlı razılıq əldə edərkən yalnız Azərbaycan dövlət başçısının və qonaq dövlətin rəhbərinin uyğun gününü müəyyənləşdirməyə çalışır. Səfər tarixinin kimisə qıcıqlandırması, xoşuna gəlib-gəlməməsi nəzərə alınmır. Hər müstəqil dövlət qərarını müstəqil şəkildə verir və qonşunun düşüncəsini nəzərə almır. Biz İran prezidenti M.Pezeşkianın Ermənistanla hərbi təlimlərdən sonra Azərbaycana gəlməsini problemə çevirmədik. Təbii ki, bu da bizim üçün xoş olmayan məsələ idi. Ən azından İran bu təlimləri bir neçə ay əvvələ, yaxud sonraya təyin edə bilərdi. Ancaq qonşu İran bunu nəzərə almadı".
A.Səmədov vurğulayıb ki, İsrailin baş naziri mayın əvvəlində yox, lap dekabr ayında da Bakıya gəlsə, bu, İran tərəfini məmnun etməyəcək, qıcıqlandıracaq:
"O səbəbdən belə məsələlərə əhəmiyyət vermək lazım deyil. Normal qonşuluq siyasəti güdülməli, qızışdırıcı bəyanatlar verməkdən imtina etmək lazımdır. Xüsusən, Azərbaycanda olmayan "İsrail kəşfiyyat mərkəzini" axtarmaq münasibətlərimizə heç vaxt müsbət təsir göstərməyəcək. Baxmayaraq ki, Azərbaycan İran-Ermənistan münasibətlərinə heç vaxt Tehran rejimi kimi kəskin reaksiya verməyib. Halbuki, Azərbaycan ərazisini 30 il işğal altında saxlamış bir dövlətlə müsəlman İranın yaxın dostluğu kifayət qədər məntiqsiz görünür. Ancaq biz bunu böyütməməyə çalışırıq və İranla normal münasibətlər qurmağa cəhd göstəririk. Ümid edirik ki, İran da eyni cür davranacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya