
Netanyahunun Bakı səfərində sular durulacaq - ŞƏRH
Yusif Nəzərli
03:23 01.05.2025
Gündəm
618
Prezident İlham Əliyev növbəti dəfə İsrail və Türkiyə arasında münasibətləri normallaşdırmağa çalışacaq
İsrail Baş naziri Benyamin Netanyahu 2023-cü il oktyabrın 7-də Qəzza zolağında HƏMAS-la müharibə başlayandan bəri ilk dəfə olaraq bir müsəlman ölkəsinə (Azərbaycan) rəsmi səfər edəcək. Səfər mayın 7-də başlayacaq, ayın 11-dək davam edəcək. Müharibə başlayandan bəri Netanyahu yalnız ABŞ və Macarıstanda olub. İsrailli analitiklərin fikrincə, müharibə dövründə bir liderin ölkədən kənara çıxması yalnız vacib hallarda baş verir, bu baxımdan Azərbaycanın ziyarəti zəruri hesab olunur.
“The Times of Israel”in məlumatına görə, Baş nazirin Bakıya səfəri zamanı iki əsas məsələ diqqət mərkəzində olacaq. Önəmli məqamlardan biri Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçiliyidir. Qeyd olunur ki, İsrail Türkiyə ilə Suriyada mümkün qarşıdurmadan yayınmağa çalışır. Həmçinin Təl-Əviv istəyir ki, Azərbaycan da İbrahim sazişlərinə qoşulsun. Mənbə vurğulayır ki, bu ideya İsrail, ABŞ və Azərbaycan rəsmiləri arasında ciddi müzakirə mövzusuna çevrilib. Təyyarənin Türkiyə hava məkanından keçidi Azərbaycan vasitəçiliyi ilə mümkün olub. Bu addım, İsrail-Türkiyə münasibətlərində gərginliyin azaldılmasına yönəlmiş simvolik jest kimi dəyərləndirilir. Məlumata görə, mayın 8-də Baş nazir Prezident İlham Əliyev ilə rəsmi görüş keçirəcək. Görüşdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, enerji və ticarət əlaqələri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Netanyahunun Azərbaycanın milli qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edəcəyi də gözlənilir.

Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında deyib ki, İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri əvvəlcədən planlaşdırılıb. Deputatın sözlərinə görə, Azərbaycanın İsraillə münasibətləri yüksək səviyyədədir:
"İsrail Azərbaycana dost ölkədir. Ermənistanla 44 günlük müharibə və ondan sonrakı dönəmdə kimin dost, kimin düşmən olduğunu gördük. Bu kontekstdə İsrail-Azərbaycan münasibətləri hər zaman özünü müsbət mənada büruzə verib. Bundan sonra ikili əməkdaşlığın artan xətlə gedəcəyi gözləniləndir. Bir müddət əvvəl Bakıda İsrail və Türkiyə rəsmilərinin masa arxasına əyləşməsinin şahidi olduq. Bu görüş məhz Azərbaycanın vasitəçiliyi ilə baş tutmuşdu və ilk təmas deyildi. Bizə qardaş və dost olan iki ölkənin münasibətlərinin soyuq olması təbii ki, Bakını narahat edən məsələdir. İllər öncə Azərbaycan Prezidenti İlham Əliyev İsrail və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində uğurlu nəticələnən bir missiya yerinə yetirmişdi. Hazırda Türkiyə ilə İsrail arasında növbəti gərginlik var. Yaxın Şərqdəki qarşıdurma Ankara ilə Təl-Əviv arasındakı münasibətlərə yansıyıb. O səbəbdən Azərbaycan lideri növbəti dəfə bu missiyanı öz üzərinə götürüb".
Parlamentari qeyd edib ki, Cənubi Qafqazda baş verən hadisələr bölgə ölkələri və regionda maraqları olan dövlətlər tərəfindən diqqətlə izlənilir:
"Kifayət qədər həssas dönəmdir. İranın ABŞ və İsraillə qarşıdurması da ciddi məsələdir. ABŞ və İsrail arasında sıx tərəfdaşlıq var. İsrail baş nazirinin ölkəmizə səfəri çərçivəsində bu məsələlər də müzakirə olunacaq. Bu kontekstdə Azərbaycan regionun güc sahibi kimi bölgədə sabitliyin davamlı olmasında maraqlıdır. Bu ölkələr Azərbaycanın əhəmiyyətini dərk edirlər. İsrail-Azərbaycan arasında mühüm sənədlərin imzalanması da gözlənilir. Səfərin uzunmüddətli olması da önəmli məqamdır. Böyük ehtimal, İsrail baş naziri məşhur Qırmızı Qəsəbəyə də gedəcək. İsraildə Azərbaycanı özünün ikinci vətəni hesab edən dostlarımız çoxdur. Albert Aqarunovun timsalında yəhudi millətindən olan qəhrəmanlarımız, qazilərimiz var, 20 Yanvar şəhidimiz var. Bizi bir-birimizə bağlayan dəyərlər çoxdur. O baxımdan hansısa dövlətin, güclərin İsrail-Azərbaycan dostluğundan narahatlığı bizim üçün əhəmiyyət kəsb etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə