
Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır - ANALİZ
Yusif Nəzərli
07:39 10.07.2025
Gündəm
369
Sarkisyan və Koçaryan oyundan kənarda qalıb
Abutalıb Səmədov: “Rusiya Paşinyanı seçkilərdən əvvəl devirmək istəyir”
Ermənistanda siyasi gərginlik yeni mərhələyə qədəm qoyub. Baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq səsverməsinin gündəmə gəlməsi ölkədə dərinləşən ictimai və siyasi narazılığın göstəricisidir. Ermənistan Milli Assambleyasının deputatı Hayk Mamicanyanın açıqlamaları da bu prosesin ciddiliyinin göstəricisidir.
Müxalifət qüvvələri artıq Paşinyanın istefası üçün prosedura başlamağa hazır olduqlarını bəyan ediblər. Bu kontekstdə hakim "Mülki müqavilə" Partiyasının daxilindəki mümkün parçalanma və narazılıqlar da etimadsızlıq ssenarisini reallaşdırmağa zəmin yarada bilər. Mamicanyan hətta sabiq Prezident Robert Köçəryanın baş nazirliyə potensial namizəd kimi irəli sürülməsini gündəmə gətirərək mübarizənin yalnız parlament divarları ilə məhdudlaşmayacağını da göstərmiş olub. Bu vəziyyət Ermənistanda qarşıdan gələn ayların ciddi siyasi silkələnmələrə səbəb ola biləcəyindən xəbər verir.

Politoloq Abutalıb Səmədov da Sherg.az-a açıqlamasında Rusiyanın 2026-cı ildə keçiriləcək parlament seçkilərinə kimi Nikol Paşinyanı devirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu səbəbdən Paşinyana qarşı səhnəyə yeni qüvvələr çıxarılır:
“Kilsə və böyük maliyyə imkanlarına sahib iş adamları Rusiyanın yeni qüvvələri rolunda çıxış edir. Bu qüvvələr Paşinyanı devirmək istədiklərini gizlətmir, hətta bu yöndə aşkar addımlar atırlar. Rusiya isə məsələni seçkilərə kimi həll etmək istəyir”.
Kremlin Paşinyanı devirmə ehtimalına gəldikdə isə politoloq bunun real görünmədiyini deyib: “Bunun üçün Rusiya Ukrayna məsələsini bitirməli, bütün gücünü Ermənistan hökumətinə qarşı yönəltməlidir. Əks halda seçkilərədək Paşinyanın öz hakimiyyətini qoruyacağı şübhəsizdir. Ona görə də Moskva çalışır ki, Paşinyanın qarşısına seçkilərdə daha dişli rəqiblər çıxarsın. Sarkisyan və Koçaryan vurulmuş qüvvələrdir, onların şansı yoxdur. S.Karapetyan həbsdədir. Yeni simaya ehtiyac var ki, xalqın narazı hissəsi onun ətrafında birləşə bilsin. Hələlik Ermənistanda belə bir şəxs üzə çıxmayıb. Əgər tapılarsa, Paşinyanın nüfuzunun daha da azalması, Kilsənin öz tərəfdarlarının sayını artırması, böyük maliyyə imkanlarının müxalifətə yönəldilməsi son nəticədə hökumətin devrilməsinə gətirib çıxara bilər. Ancaq bunun üçün ortaya Rusiyanın, kilsənin, müxalifətin dəstəklədiyi yeni siyasi qüvvə çıxmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm