Makronun əlini havada qoymuşdu: Səbəbi ortaya çıxdı
10:15 10.07.2025
Gündəm
400
İngiltərə mediasında yer alan xəbərlərə görə, Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Briqit Makronun rəsmi səfərlər zamanı bu qədər “sakit” görünməsinin səbəbi onun yaşadığı bir itki ilə bağlıdır.
Sherg.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun İngiltərəyə etdiyi səfər zamanı təyyarədən enərkən arvadına kömək məqsədilə əlini uzatması, lakin Briqit Makronun onu görməzdən gəlməsi İngiltərə mediasının diqqətini çəkib.
Briqit Makronun bir neçə həftə əvvəl hava limanında təyyarədə Makronun üzünə əllə vurduğu görüntülərin yayımlanmasından sonra baş verən bu son hadisə, birinci xanımın yaşadığı bir itki səbəbilə “durgun” olmasına bağlanır.
Səfər matəm dövrünə təsadüf etsə də, vəzifəsini yerinə yetirmək istədi
Mirror qəzetinin xəbərinə görə, Briqit Makronun bacısı Anne-Mari Troqnyö cütlüyün İngiltərə səfərindən təxminən bir həftə əvvəl vəfat edib. Buna baxmayaraq, birinci xanım həyat yoldaşının Londona tək getməsini istəməyib.
Xəbərdə bildirilir ki, bu səbəbdən Briqit Makronun “rəsmi səfər zamanı sakit və durğun göründüyü” ifadə olunub. Anne-Mari Troqnyö ötən çərşənbə axşamı Fransanın şimalındakı Amiens şəhərindəki ailə evində dünyasını dəyişib. Briqit Makron daha əvvəl də 27 yaşlı bacısı Marivon Troqnyönü yol qəzasında itirmişdi.
"Mail Online" saytına danışan, adı açıqlanmayan bir mənbə bildirib:
“Cütlüyə yaxın bir şəxs bu gün bizə Briqit Makronun bu qədər durğun və həyat yoldaşına qarşı soyuq davranmasının əsas səbəbinin bu olduğunu söylədi. Makron bacısını çox sevirdi; bu itki onu dərin sarsıtdı”.
İngiltərə mediasına danışan həmin mənbənin verdiyi məlumata görə, Briqit Makron səfərin matəm dövrü ilə üst-üstə düşməsinə baxmayaraq, İngiltərədə olmağın bir vəzifə olduğunu qəbul edərək həyat yoldaşına səfər zamanı yoldaşlıq edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi