
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
06:03 15.07.2025
Gündəm
376
Bakı-Dəməşq xəttində yeni səhifə
Azərbaycanla Suriya arasında münasibətlərin son dövrlərdə aktuallaşması regional və beynəlxalq kontekst baxımından mühüm əhəmiyyət kəsb edir.
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaranın 12 iyul 2025-ci il tarixində Azərbaycana etdiyi işgüzar səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezidentin yüksək səviyyədə qarşılanması və nümayəndə heyətində hökumətin mühüm fiqurlarının iştirakı səfərin strateji əhəmiyyətini önə çıxarır.
Azərbaycan və Suriya uzun illərdir diplomatik münasibətlərə malik olsalar da, regional və qlobal çağırışlar fonunda bu əlaqələr arxa planda qalmışdı. Lakin son dövrlər hər iki ölkənin beynəlxalq siyasətdə aktivləşməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq imkanlarının artması Bakı ilə Dəməşq arasında əlaqələrin daha konstruktiv və çoxşaxəli istiqamətdə inkişaf etdirilməsinə şərait yaradır. Bu səfər həm də Cənubi Qafqaz ilə Yaxın Şərq arasında körpü rolunu oynaya biləcək siyasi dialoqun və iqtisadi əməkdaşlığın əsasını qoymaq baxımından əhəmiyyətlidir.
Səfər çərçivəsində Prezident İlham Əliyev və Əhməd əş-Şara iki ölkə arasında iqtisadi, enerji və humanitar əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Danışıqlarda Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı, müharibədən sonrakı bərpa işləri və Yaxın Şərqdə sülh təşəbbüsləri əsas mövzulardan olub.
Prezident İlham Əliyev görüş zamanı Əhməd əş-Şaranın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirib.
Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərlə müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğulayıb.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, Suriya Prezidenti Əhməd əş-Şaranın Azərbaycana səfəri bu ölkənin yeni xarici siyasət kursunda xüsusi əhəmiyyət daşıyır. Politoloqun sözlərinə görə, Azərbaycan hər zaman Suriyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və müharibədən sonrakı dövrdə bu ölkənin bərpasına və iqtisadi inkişafına fəal töhfə verməyə hazırdır:
“Suriya Azərbaycanla siyasi və iqtisadi əlaqələrin inkişafına önəm verir. İlk növbədə Azərbaycanla İsrail arasında strateji tərəfdaşlıq rəsmi Dəməşqin nəzərdən qaçmır. Məhz Suriya və İsrail arasında Azərbaycan müəyyən vasitəçilik edə bilər. Azərbaycan Suriyanın neft-qaz yataqlarının işlənməsində öz töhfəsini verə bilər. Azərbaycanın Suriyaya qaz ixracı nəzərdə tutulur. Bu istiqamətdə tərəflər arasında razılaşma əldə edilə bilər. Azərbaycan üçün əsas diqqət bu ölkənin neft yataqlarında SOCAR paya sahib olmasıdır. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan Suriya üzərindən İsraillə quru əlaqəsi yarada bilər”.
Politoloqun fikrincə, Bakı ilə Dəməşq arasında enerji və diplomatik əməkdaşlıq region üçün yeni imkanlar aça bilər. Eyni zamanda Azərbaycan qazının Suriyaya çatdırılması və humanitar layihələrin həyata keçirilməsi Yaxın Şərqdə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək: “Azərbaycanın Qarabağda müharibədən sonra həyata keçirdiyi bərpa və yenidənqurma təcrübəsi Suriyada da tətbiq oluna bilər. Bu isə ikitərəfli əməkdaşlıq üçün perspektivli istiqamətlərdən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial
Peskov: Ukrayna üçün vəziyyət günü-gündən pisləşir
15:16 22.09.2026
Dünya
Azərbaycan İrana uçuşları dayandırıb?
14:53 22.09.2026
Aktual
İranı parçalamaq üçün etnik plan işə salındı
14:41 22.09.2026
Dünya
Netanyahu etirazlara görə Nyu-York səfərini qısaldır
14:39 22.09.2026
Gündəm