Rusiya sərhədçiləri Zəngəzurda qalmayacaq - ŞƏRH
03:17 14.08.2025
Gündəm
573
Cənubi Qafqazda rus hərbi bazalarının sona çatması qaçılmazdır
Rusiya Xarici İşlər Nazirliyi "Tramp Marşrutu" layihəsinin (Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi - red.) detallarını öyrənmək niyyətindədir. Bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib. Onun sözlərinə görə, Mariya Zaxarovanın avqustun 9-da dərc olunmuş şərhində hər şey açıq şəkildə öz əksini tapıb: "Biz bu mövqedən çıxış edirik. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlər toplusuna gəlincə, onlar aktuallığını qoruyub saxlayır, çünki tərəflərdən heç biri onlardan geri çəkilməyib. Biz Ermənistanın bütün sahələrdə normallaşmasına yardım etməyə hazırıq.
Bunu həm nazirliyin rəhbərliyi, həm də ölkə rəhbərliyi dəfələrlə bildirib. "Tramp yolu"na gəlincə, belə demək mümkünsə, öz mövqeyimizi qoruyuruq. Rusiya Xarici İşlər Nazirliyi hələlik ictimaiyyətə açıqlanmayan layihənin təfərrüatlarını öyrənəcək. Artıq qeyd etdiyimiz kimi, Cənubi Qafqazda bu işə xarici qüvvələrin cəlb edilməsi sülh gündəminin irəliləməsinə təkan verməli, yeni problemlər və bölücü xətlər yaratmamalıdır". Rusiya rəsmisi qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Sünik bölgəsində Rusiya sərhədçilərinin olması kimi amillərin də nəzərə alınması zərurətini bəyan ediblər: "Regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı qərarlar hazırlanarkən və qəbul edilərkən bu hallar nəzərə alınmalıdır".
Vəhdət Partiyasının sədrinin müavini Vasif Əfəndiyev Sherg.az-a deyib ki, əgər Zəngəzur dəhlizi İranla sərhəd bölgəyə yaxın ərazidən keçərsə, əvvəllər orada mövcud olmuş Rusiya hərbçiləri, hərbi bazaları nəzərə alınmalı idi. Ekspertin sözlərinə görə, 2025-ci ilin yanvar ayının 1-dən etibarən rus sərhədçiləri İranla sərhədi tərk ediblər:
"Bu missiyanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirir. Onlar 2025-ci ildən mühafizənin bütün məsuliyyətini öz üzərlərinə götürüblər. Sərhəd bölgəsində problemin olmayacağı qənaətindəyəm. Rusiya sərhədçiləri Türkiyə və İran sərhədlərində birgə patrul xidmətini həyata keçirəcəklər. Avqust ayının 15-də planlaşdırılan Tramp-Putin görüşündə Ukrayna məsələsi ilə yanaşı, indi “Tramp dəhlizi “ adlanan “Zəngəzur dəhlizi” barədə də razılaşmanın olacağını ehtimal edirəm. İran və Rusiya bu dəhlizdən əldə olunacaq mənfəəti ayıq başla təhlil etsələr, anlayarlar ki, mane olmaq əvəzinə prosesə dəstək vermək lazımdır. Yaxın gələcəkdə Rusiya hərbi bazasının Cənubi Qafqazdan tamamilə çıxacağı qaçılmaz faktdır. Rusiyanın Ukrayna ilə uzunmüddətli münaqişənin fəsadları özünü göstərəcək. Bu, ölkənin xaricdə hərbi baza saxlamaq iqtidarının olmamasına gətirib çıxaracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı