Ukrayna müharibəsində süni intellekt dəstəkli dronlardan istifadə olunur
22:07 02.09.2025
Gündəm
357
Rusiyanın mövqelərinə edilən hücumların dəqiq vaxtına artıq “özləri” qərar verirlər
Ukrayna müharibəsi dron texnologiyasının müasir dövrdə müharibə formasını necə dəyişdirə biləcəyini göstərməyə davam edir.
Sherg.az xəbər verir ki, FPV kamikadze dronlardan əlavə, dənizdə də pilotsuz su vasitələri (PSV) və avtonom sistemlərin istifadəsi mühüm yenilik yaratdığı halda, ABŞ mətbuatı dronların artıq süni intellektlə dəstəkləndiyini bildirib.
"Wall Street Journal"ın (WSJ) məlumatına görə, Ukrayna tərəfindən istifadə olunan süni intellekt dəstəkli dronlar son günlərdə Rusiyanın mövqelərinə edilən hücumların dəqiq vaxtına artıq “özləri” qərar verirlər.
Çoxsaylı istifadə olunduqda “sürü” formasında hədəfə yönələ biləcəkləri, həmçinin bir-birləri ilə əlaqə qura bildikləri və operatorlardan asılı olmayaraq qərar qəbul etdikləri vurğulanır.
Ukraynanın "Swarmer'' şirkətinin rəhbəri Sergi Kuprienko bildirib ki, hədəf müəyyənləşdirildikdən sonra qalan bütün prosesi dronlar idarə edir və bir operator təkbaşına çox sayda dronu nəzarətdə saxlaya bilir.
Lakin süni intellektin etik baxımdan yarada biləcəyi problemlər döyüş meydanı üçün də keçərlidir.
Dronların mülki şəxslərin və hərbçilərin həyatları üzərində tamamilə həlledici hala gəlməsi, etik cəhətdən olduqca mürəkkəb görünür.
ABŞ-nin Pilotsuz Donanma Layihəsi
"Reuters"in xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri dronlardan ibarət bir dəniz donanması yaradır.
ABŞ tərəfindən hazırlanmaqda olan avtonom su vasitələrinin sınaqlarında baş verən qəzaları önə çəkən "Reuters", ABŞ hərbi rəsmilərinin Çini çəkindirmək üçün avtonom sistemlərə investisiya etməyə başladığını yazıb.
Pentaqon 2023-cü ildə ''Replicator'' proqramı çərçivəsində dron və avtonom sistemlərin inkişafı üçün 1 milyard dollar ayırmışdı.
Dəniz əməliyyatları rəhbəri Cim Kilbi “pilotsuz” sistemlərin əhəmiyyətini vurğulayaraq belə demişdi: “Bu sistemlər donanmanın fəaliyyət radiusunu, situasiya barədə məlumatlılığını artıraraq və döyüş qabiliyyətini yüksəldərək gələcəkdə dəniz müharibələrində böyük rol oynayacaq.”
ABŞ Prezidenti Donald Tramp da ABŞ Hərbi Akademiyası West Pointin buraxılış mərasimində çıxış edərək, dron sistemlərinin müasir müharibələrdə çox mühüm olduğunu bildirib və belə deyib:
“Bu gün başqa bir müharibə forması var. Dronları ortaya çıxardılar. Dron bir az fərqlidir...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov Ukraynanın sülh prosesinə meyilli olmadığını bildirib
15:09 10.07.2026
Gündəm
Kəlbəcərdə mina partlayışı olub
14:17 10.07.2026
Gündəm
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
13:57 10.07.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
13:24 10.07.2026
Ekologiya
"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir
13:09 10.07.2026
Ölkə
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat