CHP-də partiya üzvləri QƏZƏBLİDİR!
15:08 04.09.2025
Gündəm
484
Partiya sədri Özgür Özələ qarşı etirazlar artır, CHP daxildən laxlayır
Türkiyənin Cümhuriyyət Xalq Partiyasına məxsus (CHP) bələdiyyələrdəki korrupsiya halları partiya daxilindən edilən ifşalarla bir-bir üzə çıxmaqdadır. Bu azmış kimi indi də partiyada İstanbul İl Qurultayının ləğvi qərarı ilə bağlı böhran yaşanmaqdadır.
"Şərq" qəzeti "Ahaber.com"a istinadən xəbər verir ki, şübhəli qurultaya sahib çıxan və məhkəmə qərarını tanımayan partiya sədri Özgür Özələ qarşı etiraz da getdikcə güclənir. Qeyd edək ki, CHP nümayəndələrinin müraciəti əsasında açılan cinayət işində İstanbul 45-ci Ədliyə Hüquq Məhkəməsi İstanbul İl Qurultayında seçilən sədr və idarə heyətinin müvəqqəti olaraq vəzifədən kənarlaşdırılmasına, İl Sədrliyinə müvəqqəti idarə heyətinin təyin olunmasına qərar verdi. Özgür Çelikin yerinə Gürsel Tekin qəyyum olaraq təyin edilmişdi.
Gürsel Tekin CHP-dən qovuldu
Şübhəli qurultaya sahib çıxan və məhkəmə qərarını tanımayan Özgür Özəl Gürsel Tekinin partiyadan çıxarıldığını açıqlayıb. Özəl deyib ki, "Gürsel Tekin CHP-dən qovulub. Nə mərkəzi aparata, nə də il sədrliyinə Cümhuriyyət Xalq Partiyası üzvlərinin seçmədiyi biri daxil ola bilməz". CHP İstanbul sədrliyinə qəyyum olaraq təyin edilən Gürsel Tekin partiyadan çıxarıldıqdan sonra açıqlama verib: "Heç kim mənim CHP-li olduğumu sorğulaya bilməz. Vəzifəmin başındayam, planlarımızı hazırlayırıq".
"Heç kim axmaq deyil, insanları dəli yerinə qoymayın"
CHP-li keçmiş millət vəkili və jurnalist Barış Yarkadaş deyib ki, Gürsel Tekinin 40 illik fəaliyyətində bir dənə də olsun ləkə yoxdur: "Siz onu qovacağınıza, 6 dəfə etirafçı olmuş Ertan Yıldızı qovun. Buna cəsarətiniz varmı? 300 səhifə ifadə verdi, heç biriniz qarşısında dura bilmədiniz". CHP-li bələdiyyələrdəki qalmaqallardan nümunələr gətirən Yarkadaş sözlərinə belə davam edib: "Adam bir-bir rüşvət aldığını etiraf edib. Heç kim axmaq deyil, xalqı aldatmayın. Sənin xüsusi katibin pul aldığını etiraf edib. Rüşvətə gözmü yummalıyıq? 39 rayona SMS göndərdiniz, amma İstanbul İl Sədrliyinin qarşısına sadəcə 570 nəfər gəldi. İnsanlar bu prosesə sahib çıxmır. CHP-yə səs verənlərin 55 faizi irəli sürülən iddiaların doğru olduğuna inanır".
15 sentyabra işarə: Eyni mənzərə yaşanacaq
Barış Yarkadaş, Özələ "heç kim axmaq deyil" deyərək, "CHP-yə səs verən milyonlarla insan İstanbul Böyükşəhər Bələdiyyəsinin bitib-tükənməyən tamahından və istismarından yorulub" sözləri ilə rəhbərliyi açıq şəkildə günahlandırıb: "15 sentyabrda da eyni mənzərə yaşanacaq. CHP-nin sədri İstanbul İl Sədrliyinə gələcək deyə 39 rayona mesaj göndərilir. Vəzifədən alınmış və artıq heç bir səlahiyyəti qalmayan il rəhbərliyi səfərbər olur; amma Özgür Özəli qarşılamağa sadəcə 150 nəfər gəlir. Bu, həqiqətən düşündürücü mənzərədir". Onun sözlərinə görə, Mərkəzi aparat və İBB mediasının uzun müddətdir işıq oyunları ilə yaratdığı illüziya gecə yayımı olmayanda bir anda dağıldı. Bu çıxışından sonra Barış Yarkadaşın məsələsi cəzalandırılması üçün CHP-nin İntizam Komitəsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya