
Paşinyanın təyyarəsi Bakının səmasında: Sülh prosesi sürətlənir
04:32 09.09.2025
Gündəm
592
Növbəti addımı Ermənistandan gözləyirik
“İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir. Paşinyan Ermənistanın Azərbaycan, Türkiyə, ABŞ və Rusiya ilə münasibətləri kontekstində yürütdüyü xəttin, strateji kursun nədən ibarət olduğunu müəyyənləşdirməyə çalışır”
Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanı üzərindən xaricə uçub və sentyabrın 6-na keçən gecə geri qayıdıb. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. O bildirib ki, avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları baş nazirin təyyarəsi üçün hava tranziti ilə bağlı Azərbaycana müraciət edib və müsbət cavab alıb:
"Bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində əməli addım kimi qiymətləndiririk". Baqdasaryan xatırladıb ki, Azərbaycan təyyarələri artıq uzun müddətdir ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsi üçün Ermənistanın hava məkanından istifadə edir.

Millət vəkili Azər Allahverənov "Şərq"ə deyib ki, son günlərdə baş berən hadisələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kontekstində müsbət məqamlardır. Deputatın sözlərinə görə, avqustun 8-də sonra tamamilə fərqli vəziyyət yaranıb:
"Nikol Paşinyanın təyyarəsinin Azərbaycan hava məkanından keçməsi bütövlükdə Azərbaycan-Ermənistan münasibətləri kontekstində atılan ilk müsbət addımdır. Önəmli addım ilk olaraq Azərbaycan tərəfindən atılıb. 44 günlük müharibədən sonra Azərbaycan tərəfi sülhün əsas 5 prinsipini təklif edib və prosesi irəliyə aparıb. Nəticədə 17 bənddən ibarət sülh sənədi mart ayında razılaşdırılıb və avqustun 8-də Vaşinqtonda paraflanıb. Bütün təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülür. Nikol Paşinyanın təyyarəsinin ölkəmizin səması üzərindən buraxılması da bilavasitə Azərbaycan tərəfindən atılmış çox vacib addımdır. Baqdasaryanın çıxışında xüsusi qeyd olunduğu kimi bu, kommunikasiyaların açılmasında çox zəruri məqamdır".
Parlamentari bildirib ki, növbəti addımı Ermənistandan gözləyirik:
"Mütləq deyil ki, bu addım Ermənistanın hava məkanı ilə bağlı olsun, başqa məsələlərdə də ola bilər. Əsas odur ki, sülhə doğru vacib addımlar atılsın. İstənilən halda baş verənlər müsbət hal kimi dəyərləndirilir. Ara-sıra Ermənistan rəsmilərinin mənfi yüklü bəyanatlar səsləndirmələri xoş olmasa da, ümumən İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir. Paşinyan Ermənistanın Azərbaycan, Türkiyə, ABŞ və Rusiya ilə münasibətləri kontekstində yürütdüyü xəttin, strateji kursun nədən ibarət olduğunu müəyyənləşdirməyə çalışır. Paşinyan mövcud situasiyanı öz xeyrinə idarə etməyi bacarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya
Sabah 37 dərəcə isti olacaq
12:27 09.07.2026
Ekologiya
Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
12:02 09.07.2026
Sosial
Oynaqları möhkəmləndirən marmelad hazırlanıb
11:57 09.07.2026
Sağlamlıq
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
11:56 09.07.2026
Gündəm
Əli Xameneinin cənazəsini daşıyan təyyarə Məşhədə enib
11:40 09.07.2026
Gündəm
DÇ-2026: 1/4 final matçının başlama saatı dəyişdirilə bilər
11:33 09.07.2026
Futbol
Azərbaycanda turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb
11:27 09.07.2026
İqtisadiyyat