Ermənistan yekun sülh üçün plan təqdim etməlidir - ŞƏRH
08:35 13.09.2025
Gündəm
448
İrəvan Aİ missiyasını dayandırmalı, sərhəddə manevrdən imtina etməlidir
Aqşin Kərimov: “Ermənistan Rusiya bazasını çıxarsa, Bakı ilə münasibətlər möhkəmlənəcək”
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sülh prosesi ilə bağlı açıqlamalar verib. XİN başçısı bildirib ki, bəziləri hökuməti ittiham edir ki, Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub, amma çoxlu problemlər var, ona görə də bu sülhü yaxşı saymırlar. Mirzoyan həmin qüvvələrə cavab olaraq deyib ki, tərəflər hələ yolun başlanğıcındadır: "Sülh uzun prosesdir, sülh qayğı və diqqət, deyilən hər bir söz baxımından ehtiyatlılıq tələb edir.
İki xalq arasında qanlı tarixin olduğunu da inkar edə bilmərik". Onun sözlərinə görə, sülh heç vaxt dost ölkələr arasında deyil, yalnız əvvəllər münaqişəsi olan ölkələr arasında bərqərar olur. Mirzoyan qeyd edib, yaxın vaxtlarda sülh müqaviləsi imzalansa belə, hər şeyin bitdiyini demək çətin olacaq: "Çox sadə dillə deyim: hələ ki, tərəflər bir-birinə atəş açmır, eskalasiya riski sıfıra doğru gedir, qaynar münaqişə riski minimaldır, amma hələ də bir çox problemlər qalmaqdadır".
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da bildirib ki, hakimiyyət tərəfindən irəli sürülən konstitusiya dəyişiklikləri Azərbaycanın Ermənistana qarşı tələbləri ilə bağlı deyil. Xaçaturyan xatırladıb ki, Ermənistan hökuməti 2018-ci ildə hakimiyyətə gəldikdən sonra konstitusiyanı dəyişməyi planlaşdırıb:
"Ümumiyyətlə, hakimiyyətin arzuları hələ o vaxtdan, bütün bu hadisələrdən əvvəl konstitusiyanı dəyişmək idi, yəni 2018-ci ildən sonra hakimiyyətə gələnlərdən söhbət gedir, məsələ məhz bundan dərhal sonra başlanmışdı və hətta komissiya yaradılmışdı, hökumət işləməyə, müzakirə etməyə başlamışdı. Bu, sülh müqaviləsi ilə bağlı deyil, onsuz da bizə konstitusiyanı dəyişmək lazım idi. Əslində, bu konstitusiya bir nəfər üçün – baş nazir üçün yaradılmışdı". Onun sözlərinə görə, bu, 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibə və sonrakı hadisələrlə əlaqədar olmayıb.
Siyasi şərhçi Aqşin Kərimov Sherg.az-a deyib ki, Ermənistan hərtərəfli yekun sülhə nail olmaq üçün üzərinə götürəcəyi mərhələli öhdəliklərlə bağlı Azərbaycana plan təqdim etməlidir. Ekspertə görə, bu, planın vaxt qrafikinin olması şərtdir:
"Bu həll planı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə edilmiş razılıqlar və paraflanmış sülh sənədinin mahiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Ermənistan öz ordusunu hücum qabiliyyətli deyil, müdafiə konsepsiyası əsasında məhdud silahlanacağına dair məsuliyyət götürməlidir. Bu məsuliyyətdən irəli gələrək, Azərbaycan Ermənistanın hərbi arsenalının məhdudlaşdırılması tələbini konkretləşdirən sənədi Ermənistana təqdim edə bilər. Bu, ehtimalla Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü təşəbbüs və şərtlərin bir hissəsinin icrası halında mümkünləşəcək. Digər tərəfdən, Ermənistan Konstitusiyasını dəyişdirməli, ölkənin siyasi sistemində ərazi iddiaları ilə çıxış edən sənədlərə son verməli, partiyaların revanşizmə əsaslanan ideologiyalarını sonlandırmalıdır. Geosiyasi cəhətdən isə Ermənistan ona havadar olan qüvvələrin Azərbaycana qarşı müqavimət cəhdlərinə qarşı mövqelənməlidir".
Analitikə görə, bununla yanaşı, İrəvan Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan sərhədlərini monitorinqini dayandırmağa nail olmalı, bundan sonra Azərbaycanın hərbi mövqelərinin sərhəd boyunca delimitasiya kontekstində irəli çəkilməsinə qarşı manevr etməməlidir:
"Bu, regionda Azərbaycan, onun strateji müttəfiqi Türkiyənin maraqları ilə uyğunluq təşkil etməlidir. Bu, Ermənistan üzərindən Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə qarşı qarşıdurma risklərini aradan qaldıra bilər. Başqa bir məsələ isə Ermənistanın ərazisində ümumiyyətlə xarici ölkələrin hərbi bazasının olmaması ilə əlaqədardır. Bu xüsusda Ermənistan ümumiyyətlə xarici dövlətlərin hərbi bazasının ölkə ərazisində yerləşməyəcəyinə dair təminat verməlidir. Əlavə olaraq, Ermənistan Rusiyanın 102-ci bazasının ölkə ərazisini tərk etməsinə nail olsa, bu, Azərbaycanla əlaqələrdəki müsbət dinamikaları daha da möhkəmləndirəcək. Hərçənd ki, Ermənistanın Rusiya bazasını çıxarması ilə əlaqədar performans göstərəcəyi çətin və mürəkkəbdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm