İndiki parlamentdə Ramiz Mehdiyevə yaxın olmayan deputat yoxdur - Sərdar Cəlaloğlu
12:02 29.10.2025
Gündəm
846
“Mümkün qədər yaxın zamanda növbədənkənar parlament seçkiləri keçirilməli və Milli Məclis tam tərkibdə yenilənməlidir”
Azərbaycanda siyasi gündəm yenidən parlamentin fəaliyyəti ətrafında gərginləşib. Son dövrlər ictimaiyyətdə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müzakirələr artır. İrəli sürülən təkliflər Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevə yaxın deputatların parlamentdə təmsil olunması və bunun qanunverici orqanın fəaliyyətinə mümkün təsiri ilə bağlıdır.
Siyasi analitiklər hesab edirlər ki, qanunverici orqanın legitimliyi və fəaliyyətinin effektivliyi təkcə seçki nəticələrindən deyil, həm də parlamentdə təmsil olunan şəxslərin siyasi bağlılıqlarından, şəffaflıq səviyyəsindən və qərar qəbuletmə proseslərindən asılıdır. Əgər parlamentin deputatları müəyyən siyasi qüvvələrin maraqlarını ön plana çıxarırsa, bu, qanunverici proseslərin obyektivliyinə və ölkədə demokratik prinsiplərin qorunmasına sual işarəsi yarada bilər.
Belə bir fon vətəndaşlarda parlamentin fəaliyyətinə inamın azalmasına və növbədənkənar seçkilər çağırışlarının genişlənməsinə səbəb olur. Eyni zamanda, bu məsələlər siyasi sistemin dinamikası, hakimiyyətin balanslaşdırılması və ölkədə demokratik institutların gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham edilməsi, onun ev dustaqlığına məhkum edilməsi və şəxsi saytının bloklanması ölkə daxilində və xaricində geniş əks-səda doğurub.
Qeyd edilib ki, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb. Bəzi iddialara görə, xaricdə "söyüş müxalifəti" adlanan dəstəni bu komanda maliyyələşdirib və onlara yüksək vəzifəli şəxslərlə bağlı "ifşaedici" məlumatlar təqdim edib. Ehtimallar arasında Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqə və dövlət sirrinin satılması da var.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Sherg.az-a açıqlamasında deyib ki, indiki Milli Məclis ölkə ictimaiyyətinin, seçki iştirakçılarının, beynəlxalq təşkilatların qəbul edə biləcəyi bir qanunverici orqan funksiyasını yerinə yetirmir:
“Bunu hamımız bilirik. Kim necə istəyir, o cür də yozsun! İndiki parlamentdə Ramiz Mehdiyevə yaxın olmayan deputat yoxdur. Hansısa bir deputatın Mehdiyevlə şəxsən razılaşması olmasa belə, onun parlamentdə mandat qazanması Ramiz Mehdiyevin qiymətləndirmələri və maraqları çərçivəsində olub. Qərar verilib ki, bu adamın Parlamentdə mandat qazanması onun maraqlarına xidmət edə bilər.
Ona görə də, mümkün qədər yaxın zamanda növbədənkənar parlament seçkiləri keçirilməli və Milli Məclis tam tərkibdə yenilənməlidir.
Əslinə qalsa, ölkədə real islahatların qarşısını alan əsas faktor məhz indiki parlamentdir, çünki parlamentin bir çox üzvləri dövlətin və cəmiyyətin geniş maraqlarını nəzərə almaq əvəzinə, müəyyən siyasi dairələrin xeyrinə fəaliyyət göstərirlər. Bu isə qanunverici prosesi selektiv və qeyri-obyektiv edir, demokratik institutların inkişafını əngəlləyir.
Bütün dünyada parlamentarilər ölkədə islahatlara dəstək olur, bizdə isə əksinədir. Parlament buraxılmalı və həm ölkə ictimaiyyətinin, həm seçki iştirakçılarının, həm də beynəlxalq təşkilatların qəbul etdiyi, parlament funksiyasını yerinə yetirə biləcək bir Milli Məclis qurulmalıdır. Sözsüz ki, bu da birinci şəxsin iradəsindən asılıdır. Prezident istəsə, bu gün də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verə bilər. Hər halda prosesin gedişatını gözləmək lazımdır".
S. Cəlaloğlunun sözlərinə görə, yalnız yeni, həm ictimaiyyət, həm seçki iştirakçıları, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilə biləcək tərkibli parlament ölkədə islahatların həyata keçirilməsinə və demokratik prinsiplərin güclənməsinə xidmət edə bilər. Əks halda, indiki vəziyyət parlamentin səmərəliliyinə ciddi sual işarəsi qoyur və ölkədə siyasi islahatlara mane olan bir institusional problemlər mənbəyi olaraq qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm