4 yaşlı qızın küçəyə atılma səbəbi... – Cocuğun günahı nə? !
15:19 03.03.2021
Gündəm
658
“Bəzən insan elə affekt durumda olur ki, etdiyi hərəkətə hakim ola bilmir”
“Hər halda xanımın özü tapılmadığı müddətcə məsələni aydınlaşdırmaq mümkün olmur”
Dünən Bakı şəhərində təxminən 4 yaşlı qız küçəyə atılıb. Hər nə olursa, olsun imkansızlıq uşağı küçəyə atmağa əsas vermir. Təəssüf ki, belə hallarla qarşılaşırıq. Uşağı dünyaya gətirmək, sonra küçəyə atmaq cinayətdir.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, dünən gətirilən uşağın valideynlərinin müəyyən olunması barədə araşdırma aparılır. O deyib ki, ilkin məlumata görə, uşaq tapıldığı ərazidə yaşamır:
“Dünən gətirilən uşağın valideynlərinin müəyyən olunması barədə artıq araşdırma aparılır”.
“Qızın təxminən 4 yaşı var. Adının Nərgiz olduğunu deyir. Uşaq Xətai Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru tərəfindən bizə gətirilib. Uşaqla söhbət zamanı bildirib ki, onu anası həmin ərazidə qoyub, gedib.
Lakin uşağı görənlər deyir ki, onu qucağında körpə uşaq olan yaşlı bir qadın həmin əraziyə gətirib. Uşağın tapıldığı ərazidə heç kim onu tanımayıb. Hazırda ərazidəki təhlükəsizlik kameralarına baxılır, araşdırma aparılacaq. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən mənimlə əlaqə saxlanıldı”.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən uşaq tapılan zaman çox baxımsız vəziyyətdə olub.
Məsələ ilə bağlı fikirlərini bölüşən "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq"ə açıqlamasında baş verən hadisəni qınayanları gördüyünü vurğulayıb:
“ Biz bilmirik ki, qadının həmin an emosional vəziyyəti necə olub. Bəzən insan elə affekt durumda olur ki, etdiyi hərəkətə hakim ola bilmir. Ona bəraət qazandırmıram, lakin bütün mövqelərdən nəzər salsaq, hadisənin hansı səbəbdən baş verdiyindən məlumatımız yoxdur. Hər halda xanımın özü tapılmadığı müddətcə məsələni aydınlaşdırmaq mümkün olmur. Ana olaraq yəqin ki, uşağından keçməz, amma hansı təsirlər olub? Bəlkə, təhlükədən qorumaq istəyib? İstintaqın nəticəsini gözləmək daha məqsədəuyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region