
40 illik terror bəlasının sonu gəlib - ŞƏRH
Yusif Nəzərli
08:48 16.01.2025
Gündəm
624
Türkiyə kimlə necə rəftar edəcəyini yaxşı bilir
PKK-YPG və İŞİD kimi terror təşkilatlarının tarixin zibilliyinə atılacağı şərait yetişib
"Hər kəs əlini Suriyadan çəksin, həm İŞİD-i, həm də YPG-ni ən qısa zamanda darmadağın edəcək gücümüz var". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. Ərdoğan bildirib ki, suriyalı qardaşları ilə İŞİD, YPG və digər terror təşkilatlarının başları qısa zamanda əziləcək: "Suriyanın təbii sərvətlərini zəbt edən YPG silahı yerə qoymasa, gözlənilən aqibətdən xilas ola bilməyəcək. Kürd qardaşlarımızın bütün məsələlərini dəstəkləyirik, izləyirik, onların təhlükəsizliyinin qarantıyıq". Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda da əməliyyat keçirib. PKK-nın İran qolu YRK-nın qurucularından olan Amed Serhed kod adlı terrorçunu mühafizəçisi ilə birlikdə Süleymaniyyədə zərərsizləşdirib.

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Yaxın Şərq regionunun geosiyasi arxitekturasının dəyişilməsi ilə müşayiət olunan Suriyada hakimiyyət dəyişikliyi Türkiyənin əlini gücləndirib. Ekspertin sözlərinə görə, bununla yanaşı, PKK-YPG və İŞİD kimi terror təşkilatlarının da tarixin zibilliyinə atılacağı şəraiti meydana çıxarıb:
"40 ildən çox Türkiyənin terror bəlasına düçar edilməsi prosesinin sonu gəlib. Türkiyə öz sərhədlərindəki terror təşkilatlarının varlığına son qoymaqda israrlıdır. Terror təşkilatlarının arxasında kimlərin olmasından asılı olmayaraq, onların köklərinin tamamilə kəsiləcəyi gün çox yaxındır. Türkiyə əlinə keçmiş bu tarixi məqamı boşa verməyəcək. Bununla kürd xalqını da terrorçulardan azad edəcək. Hesab edirəm ki, Türkiyə heç vaxt Suriyada federal dövlət qurulmasına razı olmayacaq. Belə olarsa, Qərb, dolayısı ilə PKK Suriya ərazisində söz sahibi ola bilər. Türkiyə Suriyanın ərazi bütövlüyünü qorumaqla bütün terror qruplarını və onların dəstəkçilərinin planlarını pozacaq".
Analitik vurğulayıb ki, Türkiyə artıq Yaxın Şərqdə söz sahibi kimi öz tələblərini diktə edən tərəfdir: "Türkiyənin tələbləri eyni zamanda beynəlxalq hüququn da tələbləridir. Ona görə də hər kəs bu tələblərə əməl etməyə, Suriyanın ərazi bütövlüyünün qorunmasına dəstək olmağa borcludur. Əks halda Türkiyə onlarla necə rəftar edəcəyini yaxşı bilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm