Abbas Əraqçi Türkiyədə səfərdədir

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə rəsmi səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

Bildirilib ki, birgünlük səfər çərçivəsində A.Əraqçinin türkiyəli həmkarı Hakan Fidanla ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq prosesləri müzakirə edəcəyi gözlənilir. Danışıqların əsas mövzularından birinin ABŞ-İran gərginliyi və bölgədəki son hərbi hərəkətlilik olacağı bildirilir.

Proqrama uyğun olaraq, İranın baş diplomatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.

Qeyd edək ki, Türkiyə tərəfi rəsmi Tehranla Vaşinqton arasındakı gərginliyin dialoq yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bəyan edib. Görüşlərdə həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və Suriyadakı son vəziyyətlə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.