ABŞ donanmasının Çinlə artan strateji rəqabət fonunda donanmasını gücləndirmək məqsədilə Türkiyə ilə hərbi gəmi inşası sahəsində əməkdaşlıq danışıqları apardığı iddia olunur.
Sherg.az xəbər verir ki, "Middle East Eye" nəşrinin məlumatına görə, ABŞ-li nümayəndələr Türkiyənin tərsanə imkanlarını, təchizat zəncirini və əlavə hərbi dəniz gəmisi istehsalı potensialını qiymətləndiriblər. Son illər MİLGEM layihəsi və müdafiə sənayesində qazandığı uğurlarla diqqət çəkən Türkiyənin, eyni vaxtda 30-dan çox hərbi gəmi inşa edə bilən gücə malik olduğu bildirilir.
Qeyd olunur ki, ABŞ tərəfi mövcud tərsanə problemləri səbəbindən müttəfiq yönümlü istehsal modelinə daha açıq yanaşır və bu çərçivədə Türkiyə önəmli tərəfdaş kimi dəyərləndirilir.